"Beşiktaş"da Sergen Yalçınla bağlı gözlənilən qərar verilib. Klub rəhbərliyinin keçirdiyi mühüm iclasdan sonra təcrübəli baş məşqçi ilə yola davam etmək qərarı çıxıb.
Referans Media xəbər verir ki, idarə heyəti üzvlərinin böyük əksəriyyəti mövsümün bu mərhələsində texniki heyətdə dəyişiklik edilməsinin doğru olmayacağı qənaətinə gəlib.
Məlumata görə, klub prezidenti Serdal Adalının rəhbərliyi ilə keçirilən toplantıda bütün idarəçilərin rəyi dinlənilib. Müzakirələrdən sonra əsas qərar “sabitlik” istiqamətində olub və Sergen Yalçınla mövsümün sonuna qədər davam etmək qərara alınıb.
Xəbərdə qeyd olunur ki, rəhbərlik yalnız cari mövsüm üçün qərar verib. Gələcək mövsümün planlaması isə Super Liqanın son turunda keçiriləcək "Çaykur Rizespor" oyunundan sonra müəyyənləşəcək.
Bildirilir ki, Serdal Adalı ilə Sergen Yalçın həmin görüşdən sonra bir araya gələcək. Toplantıda həm mövsümün ümumi hesabatı aparılacaq, həm də yeni transferlər və komandanın gələcək planları müzakirə olunacaq.
