Braziliyalı futbolçu “Neftçi”nin TRANSFER HƏDƏFİNDƏ

Növbəti mövsüm üçün transfer çalışmalarına start verən "Neftçi" ilk keçidini reallaşdırmaq istəyir.

Referans Media  xəbər verir ki, "ağ-qaralar" braziliyalı cinah oyunçusu Davi Qabriellə maraqlanır.
 

28 yaşlı futbolçu həm cinah müdafiəçisi, həm də vinger kimi oynaya bilir. O, ölkəsinin C Seriyasında çıxış edən "Brusque"yə məxsusdur.

Qeyd edək ki, "Neftçi" növbəti mövsüm UEFA Konfrans Liqasında çıxış edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki