“Qarabağ” komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Şelburn”una qarşı cavab görüşünə çıxıb.
Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş oyun Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Yeganə topu 44-cü dəqiqədə rəqib futbolçu Con Martin öz qapısından keçirib. 68-ci dəqiqədə isə Kadi Borges penaltini boşa verərək, “Qarabağ”ın fərqi artırmaq imkanını qaçırıb.
Bununla belə, səfər matçında da 3:0 hesablı qələbə qazandığı üçün Ağdam komandası Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə rəqib “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi olacaq.
“Qarabağ” ilk oyununu avqustun 6-da səfərdə, cavab görüşünü avqustun 12-də evdə keçirəcək.
***
Matçda ev sahibləri hesabda irəli çıxıblar. Qonaqların heyətində 44-cü dəqiqədə Ceyms Norris avtoqol müəllifi olub.
***
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” komandaları arasında keçirilən cavab görüşü başlayıb.
Referans xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matç saat 20:00-da start götürüb.
Matçı İtaliyadan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, komandalar arasında İrlandiyada baş tutan ilk matçda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.