Bu gün 2026-cı ildə ABŞ, Meksika və Kanadada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə son pley-off oyunları keçiriləcək.
Referans Media xəbər verir ki, mundiala vəsiqə uğrunda 4 ən güclü müəyyənləşəcək.
Bütün qarşılaşmalar eyni vaxtda – 22:45-də başlayacaq.
Türkiyə millisi pley-offun finalında Kosovo komandası ilə görüşəcək. “Ay-ulduzlular” prinsipial görüşə səfərdə çıxacaq.
Bundan başqa, İtaliya səfərdə Bosniya və Herseqovina, Çexiya evdə Danimarka ilə, İsveç doğma meydanda Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2026 Pley-off, Final 31 mart
22:45. Bosniya və Herseqovina – İtaliya
22:45. Çexiya – Danimarka
22:45. Kosovo – Türkiyə
22:45. İsveç – Polşa
