Derbidə qalib müəyyənləşmədi

  Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi baş tutub.

Referans.az   xəbər verir ki, VIII tura təsadüf edən prinsipial matçda “Qalatasaray” öz meydanında “Beşiktaş”ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

 Oyunda hesabı 12-ci dəqiqədə qonaqların heyətində Temmi Abraham açıb. 34-cü dəqiqədə ev sahibləri azlıqda qalıblar. Davinson Sançes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, “Qalatasaray” məğlubiyyətdən qaça bilib. 54-ci dəqiqədə İlkay Gündoğan fərqlənərək, yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra “Qalatasaray” 22 xalla turnir cədvəlinə başçılıq edir. “Beşiktaş” isə 13 xalla 5-ci pillədə yer alır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki