Dünya Kuboku üçün SON ADIM: Kosovo – Türkiyə – Start heyətlər açıqlandı!

Türkiyə millisi, 2026 Dünya Kuboku Avropa seçmələri play-off finalında Kosovo ilə kritik bir qarşılaşmaya çıxır. Səfərdə oynanacaq oyundan sonra Ay-Ulduzlular, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 Dünya Kubokuna qatılma şansı qazanacaq.

Referans Media xəbər verir ki, Hələ də zədəli olan Merih Demiralın bu matçda oynayacağı gözlənilməsə də, ağrı səbəbindən Rumıniya matçını buraxan Zeki Çelikin fürsət verilsə, meydanda ola biləcəyi məlum olub.

Kosovo heyətində Türkiyə Super Liqasından tanış adlar var. Vedat Muriqi komandanın ən vacib oyunçusudur. Beşiktaşdan isə Milot Raşica hücum xəttində digər diqqətəlayiq addır.

Kosovo – Türkiyə matçı 31 mart Çərşənbə axşamı Priştinadakı Fadil Vokrri Stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matç TV8 kanalında canlı yayımlanacaq.

DÇ-2026 Pley-off, Final 31 mart Saat: 22:45 Yer: Fadil Vokrri Stadionu, Priştina Canlı Yayım: TV8 Hakim: Maykl Oliver (İngiltərə)

Start heyətlər: Kosovo: Muric, Hajdari, Hajrizi, Dellova, Gallapeni, Muslija, Rexbecaj, Hodza, Vojvoda, Asllani, Vedat Muriqi

Türkiye: Uğurcan, Zeki, Ozan, Abdülkerim, Ferdi, Orkun, İsmail, Hakan, Arda Güler, Kenan, Kerem Aktürkoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki