Dybala Boca Juniors-a gedir? – Qərarını açıqladı

“Roma”da argentinalı ulduz Paulo Dybalanın gələcəyi ilə bağlı suallar gündəmdə qalmaqda davam edərkən, futbolçunu heyətinə qatmaq istəyən Boca Juniors üçün pis xəbər gəldi.

Referans Media xəbər verir ki, yanvar transfer dövrünün bir çox İtaliya klubunun hücum xəttinə ciddi təsir göstərəcəyi və onları əsas qolçularından məhrum edə biləcəyi gözlənilir. Bu vəziyyəti ilk yaşayan klub “Yuventus” oldu. “Kalyari” ilə oyunda zədələnən Duşan Vlahoviç uzun müddətlik sıradan çıxa bilər. Müqaviləsini hələ yeniləməyən serbiyalı hücumçu üçün transfer ehtimalları da gündəmdədir.

Lakin heç kim “Roma”nın da əsas hücumçusunu itirə biləcək komandalar sırasına düşəcəyini gözləmirdi. Buna baxmayaraq, yayılan transfer iddialarına əsasən, paytaxt təmsilçisi ən vacib oyunçularından biri olan Paulo Dybalanı itirməyə indiyədək olmadığı qədər yaxın idi və argentinalı ulduzun yanvar ayında komandadan ayrılması ehtimalı müzakirə olunurdu.

Son günlər Dybalanın Argentinanın köklü klublarından olan Boca Juniors-a mümkün transferi ilə bağlı çoxsaylı xəbərlər yayılmışdı. Bu mövsüm 10 oyunda 1 qol vuran futbolçunun bu təklifə müsbət yanaşdığı iddia edilirdi. Lakin komandanın oyun ritmini tapmağa başladığı və ona müəyyən sürprizlər vəd edən bir dövrdə “Roma”dan ayrılmağın nə dərəcədə məntiqli olduğu sualı gündəmə gəldi. Bu sualı Dybala özü də dəyərləndirdi.

Dybalanın qərarı azarkeşləri məyus etdi

2022-ci ildən “Roma” formasını geyinən Paulo Dybala həmin il Argentina yığması ilə dünya çempionu olmuşdu. Texniki keyfiyyətləri və statistik göstəriciləri ilə komandanın ən önəmli hücumçularından sayılan Dybala, “Roma” forması ilə 87 oyunda 32 qol vurub. Boca Juniors-dan gələn təklif onu tərəddüdə salsa da, qərarından döndərməyib.

Futbolçuya yaxın mənbələrin bildirdiyinə görə, Dybalanın əsas prioriteti bu mövsüm “Roma”da qalmaqdır. O, müqaviləsinin başa çatacağı 2026-cı ilin yayından əvvəl gələcəyi ilə bağlı qərar verməyi planlaşdırır. Hazırda yanvar ayında mümkün transferlə bağlı hər hansı rəsmi danışıqlar aparılmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki