"Fənərbaxça" azarkeşlərini sevindirən xəbər: Aziz Yıldırım seçildi, Edersondan ilk mesaj gəldi

"Fənərbaxça"da prezident seçkilərindən sonra diqqətçəkən hadisə yaşanıb. Klubun təcrübəli qapıçısı Edersonun yeni prezident seçilən Aziz Yıldırımla telefon danışığı apardığı iddia olunur.

Referans Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı qolkiper telefon danışığı zamanı Aziz Yıldırımın onun haqqında söylədiyi fikirlərdən məmnun qaldığını bildirib.

İddialara əsasən, Ederson prezidentə müraciət edərək, “Mənim haqqımdakı fikirləriniz məni çox sevindirdi. Bu sözlərdən qürur duydum və mənə əlavə motivasiya verdi”, - deyə bildirib.

Məlumata görə, təcrübəli qapıçı söhbət zamanı gələcəyi ilə bağlı da vacib mesaj verib. Edersonun, “Sizin rəhbərliyiniz altında "Fənərbaxça"da məmnuniyyətlə qalmaq istəyərəm”, sözlərini dediyi vurğulanır.

Aziz Yıldırımın yenidən klub prezidenti seçilməsindən sonra transfer məsələləri və komandanın gələcək planları azarkeşlərin əsas müzakirə mövzusuna çevrilib. Edersonla bağlı ortaya çıxan bu iddia isə sarı-lacivərdli azarkeşlər arasında böyük maraq doğurub.

Qeyd edək ki, klub və ya futbolçu tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki