Fənərbaxça azarkeşlərini üzən xəbər: Kante gedir

"Fənərbaxça"da rəhbərlik dəyişikliyindən sonra heyətlə bağlı müzakirələr sürətlənib. Türkiyə mətbuatında yayılan xəbərlərə görə, təcrübəli yarımmüdafiəçi Nqolo Kantenin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.

Referans Media xəbər verir ki, Fransa təmsilçisi Paris FK" ulduz futbolçunu transfer etmək üçün səylərini artırıb və İstanbul klubuna yeni təklif göndərib.

İddialara görə, "Paris FK" daha əvvəl də Kanteni heyətinə qatmaq üçün təşəbbüs göstərib. Fransız klubunun son təklifindən sonra gözlər "Fənərbaxça" rəhbərliyinin qərarına çevrilib.

Hazırda sarı-lacivərtlilərin təklifə rəsmi cavab vermədiyi bildirilir.

Türkiyə mediasında yer alan xəbərlərdə Nqolo Kantenin də karyerasını başqa klubda davam etdirmək variantına isti baxdığı iddia olunur. Lakin futbolçu və ya onun nümayəndələri tərəfindən bu barədə rəsmi açıqlama verilməyib.

35 yaşlı fransalı futbolçunun "Fənərbaxça" ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Ötən mövsüm bütün turnirlərdə 18 oyuna çıxan Kante 2 qol vurub və komandanın əsas oyunçularından biri kimi çıxış edib. Rəhbərlik dəyişikliyindən sonra heyətin yenidən formalaşdırılması prosesinin başlaması gözlənildiyindən, futbolçu ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi ehtimal olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki