"Fənərbaxça"da keçiriləcək növbədənkənar seçki öncəsi prezidentliyə namizəd Əziz Yıldırımın idarə heyəti siyahısı ilə bağlı yeni iddialar ortaya çıxıb.
Referans Media xəbər verir ki, 6–7 iyun tarixlərində keçiriləcək ümumi seçki ərəfəsində Yıldırımın komandasında yer alacaq ilk 5 şəxsin kimliyi məlum olub.
Kulis məlumatlarına əsasən, siyahıda Mahmut Uslu, Nihat Özbağı, Ömer Onan, Barış Göktürk və Önder Fırat yer alır.
Məlumata görə, Mahmut Uslu və Nihat Özbağı daha əvvəl də Yıldırımla birlikdə çalışmış şəxslərdir və yenidən idarə heyətinə daxil ediliblər.
2024-cü il seçkilərində də siyahıda olan keçmiş milli basketbolçu Ömer Onanın bu dəfə də komandanın tərkibində olacağı bildirilir.
Bundan əlavə, daha əvvəl namizədliyini Yıldırımın xeyrinə geri çəkdiyini açıqlayan Barış Göktürk və klubda əvvəlki illərdə vəzifə tutmuş Önder Fıratın da siyahıda yer aldığı iddia edilir.
Fənərbaxçada seçki öncəsi ortaya çıxan bu siyahı azarkeşlər arasında geniş müzakirələrə səbəb olub.
