Futbolçular məşqdə iğtişaş törətdilər

 
Fransanın “Marsel” klubunun futbolçuları təlim-məşq toplanışı zamanı klubun düşərgəsində iğtişaş törədiblər.

Referans Media “Footmercato” nəşrinə istinadla xəbər verir ki, Liqa 1-in son iki turundan əvvəl komandanı toparlamaq üçün klub rəhbərliyi klubun bazasında dörd günlük təlim-məşq toplanışı təşkil etmək qərarına gəlib.

Təlim-məşq toplanışının son günündə bir neçə oyunçu gözlənilməz bir əyləncə təşkil edib, çarpayıları yenidən düzüb, otaqlarda qarışıqlıq yaradaraq yanğınsöndürmə balonlarından istifadə ediblər.

Qeyd edilir ki, bu hadisə bir neçə işçini şoka salıb.

Fransa çempionatının 32 turundan sonra “Marsel” 53 xalla turnir cədvəlində yeddinci yerdədir. Komandanın növbəti oyunu mayın 10-da səfərdə “Le Havr”la olacaq. /Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki