Hicri-qəməri təqviminə əsasən, Məhərrəm və Səfər ayları ardıcıl gəldiyi üçün ümumilikdə təxminən 60 günlük dövrü əhatə edir.
Qeyd edək ki, Məhərrəm ayı artıq başa çatıb. Hazırda isə Səfər ayı davam edir və avqustun 13-14-də yekunlaşacaq.
Beləliklə, hər iki ayın başa çatmasından sonra ənənəvi olaraq toy və digər şənliklərin keçirilməsi üçün münasib hesab olunan dövr başlayacaq. Bu isə təxminən avqustun 14-15-dən sonrakı günlərə təsadüf edir.
Yada salaq ki, Azərbaycanda Məhərrəm ayı iyunun 16-sı başlamışdı. Aşura günü isə 25 iyun 2026-cı il tarixinə təsadüf edib.
