Heç kim bunu gözləmirdi: ulduz futbolçu ayrılığı açıqladı

"Qalatasaray"da ayrılıq xəbəri gündəmə çevrilib. Mövsüm ərzində icarə əsasında komandada çıxış edən Noa Lanq sosial media paylaşımı ilə sarı-qırmızılı klubla vidalaşıb.

Referans Media xəbər verir ki, Hollandiyalı futbolçu şəxsi hesabında etdiyi paylaşımda azarkeşlərə təşəkkür edib.

Noa Lanq paylaşımında belə yazıb: “Hər şey üçün təşəkkürlər, Qala. Səni sevirəm...”

Bu paylaşım qısa müddətdə "Qalatasaray" azarkeşləri arasında böyük rezonans doğurub.

26 yaşlı futbolçu mövsüm ərzində sarı-qırmızılı forma ilə ümumilikdə 19 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Noa Lanqın paylaşımından sonra minlərlə azarkeş futbolçuya təşəkkür və dəstək mesajları göndərib. Bir çox tərəfdar onun komandada qalmasını istədiyini bildirib.

Futbolçunun gələcək karyerası ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki