İdman Nazirliyi bu stadionu öz balansına keçirə bilmədi – Yeni sahibi başqa qurum oldu

  Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ətrafında illərdən bəri davıam edən qeyri-müəyyənliyə son qoyulub.

2024-cü ilin fevralında yenidən istifadəyə verilən arena Gənclər və İdman Nazirliinin (GİN) balansına keçməyib.

GİN idman qurğusuna nəzarətə yiyələnmək üstündə çox əlləşib-vuruşsa da, istəyinə çatmayıb. Məkan Sumqayıt şəhər İcra Hakimiyyətinin mülkiyyətinə verilib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun inşasına 1954-cü ildə qərar verilsə də, proses müəyyən səbəblərə görə təxirə salınıb. Yalnız 1963-cü ildə tikintiyə başlanılıb və 1966-cı il iyulun 1-də hazır olub

21 noyabr 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev stadionun yenidən qurulması ilə bağlı tədbirlər planı barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, stadionun yenidən qurulması məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki