“Qarabağ”ın yeni transferi Joni Montiel Azərbaycana gəlməmişdən əvvəl bir neçə klubun təklifindən imtina edib.
Referans xəbər verir ki, sportal.az-a verilən məlumata görə, ispan yarımmüdafiəçiyə “Makkabi” (Tel-Əviv) və “Aris”dən (Limassol) rəsmi təklif gəlib.
Lakin 26 yaşlı vinger Azərbaycan klubuna görə həm bu klublardan, həm də İspaniya 2-ci liqasından gələn təklifləri geri çevirib.
Montiel avrokuboklardakı stabil çıxışı və oyun stilinə görə “Qarabağ”da oynamağa üstünlük verib.
Onunla 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.Sportinfo.az