Andrea del Val Kann Film Festivalı zamanı oteldə hücuma məruz qaldığını bildirib. “Miss Venesuela” titulu ilə tanınan 29 yaşlı model hadisəni sosial şəbəkədə paylaşaraq gündəmə gəlib.
Referans Media xəbər verir ki, modelin iddiasına görə, Giovanni Laguna onunla otel otağında mübahisə zamanı qayçı ilə üz nahiyəsindən yaralayıb. Del Val paylaşdığı videoda üzündəki yaraları və qanlı vəziyyətini göstərib.
Hadisə Kann Film Festivalı zamanı, Kann şəhərində yerləşən otellərdən birində baş verib.
Məlumata görə, oteldən gələn səs-küy və dava səsləri sonrası polis hadisə yerinə çağırılıb. İddialara əsasən, Giovanni Laguna saxlanılıb və onun barəsində araşdırma başladılıb.
Andrea del Val xəstəxanaya yerləşdirilib və vəziyyətinin stabil olduğu bildirilir. Hadisənin səbəbi hələlik tam aydın deyil, lakin istintaq davam edir.
