Kerem Aktürkoğlunun “Fənərbağça”ya transferinin açıqlanacağı vaxt bəlli oldubackend

Kerem Aktürkoğlunun “Fənərbağça”ya transferinin açıqlanacağı vaxt bəlli oldu

  “Fənərbağça” klubu Kerem Aktürkoğlunun “Benfika”dan keçidini bitirmək üzrədir. 

Referans  xəbər verir ki, növbəti 12-24 saat ərzində Türkiyə milli komandasının üzvü yeni “Fənərbağça” futbolçusu olacaq. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

Sözləşmənin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

“Sarı-lacivərtlər” Kerem Aktürkoğlu üçün 25 milyon avroya razılıq əldə edib.(Offsideplus.az )
 
   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki