Dünyaca məşhur media siması və iş qadını Kim Kardashian 2026 FIFA Dünya Kuboku ilə bağlı açıqlaması ilə gündəmə gəlib.
Referans Media xəbər verir ki , Kardaşyan turnirlə bağlı fikirlərini bölüşərkən Türkiyə millisinə xüsusi diqqət ayırıb və maraqlı proqnoz verib.
“Türkiyənin Dünya Kubokunu qazanacağına dair bir hissim var”, – deyə o bildirib.
Bu açıqlama qısa müddətdə sosial şəbəkələrdə və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Türkiyə milli futbol komandası 2026 FIFA Dünya Kubokunda çıxışını davam etdirərkən, komandanın nəticələri və turnirdəki şansları futbolsevərlər tərəfindən yaxından izlənilir.
Milyonlarla izləyicisi olan Kim Kardaşyanın Türkiyə ilə bağlı bu fikirləri azarkeşlər arasında böyük maraq doğurub. Bununla belə, onun açıqlaması şəxsi təəssürat və proqnoz xarakteri daşıyır.
