Afrika Millətlər Kubokunun (AFCON 2025) E qrupunda ilk turun oyunları keçirilib.
Referans Media xəbər verir ki, qrupun açılış matçında Əlcəzair Sudan üzərində 3:0 hesablı qələbə qazanıb. Qarşılaşmada Riyad Mahrez 2-ci və 61-ci dəqiqələrdə, İbrahim Maza isə 85-ci dəqiqədə fərqlənib. Sudan millisində Salahəddin Adil 39-cu dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edib.
Bu oyunda iki qol vuran Riyad Mahrez Afrika Millətlər Kubokları tarixində Əlcəzair yığmasının ən çox qol vuran futbolçusu olub.
E qrupunun digər görüşündə Burkina Faso Ekvatorial Qvineyanı 2:1 hesabı ilə məğlub edib. Burkina Faso yığmasının qollarını 90+5-ci dəqiqədə Georgi Minoungou, 90+8-ci dəqiqədə Edmond Tapsoba vurub. Ekvatorial Qvineyanın yeganə qolunun müəllifi isə 85-ci dəqiqədə Marvin Anieboh olub.






















