“Dilarə Əliyevanın fikrinə qatılıram. Lakin biz sənətçiyik, daim baxımlı olmalıyıq. Hər şeyi həddində etmək gözəl, artıq dərəcədə olan müdaxilələr zərərlidir".
Bu sözləri “Yeni Sabah”a Əməkdar artist Mehriban Xanlarova bildirib.
“Oynadığımız obrazlar, məsələn, mən psixoloji obazlar daha çox oynayıram, ən əsas məsələ gözlərin mimikası, əsəbi halın göstərilməsi və s.-dir. Hər bir qadın baxımlılığı sevir. İfrat müdaxilələr insanın mimikalarını yoxa çıxardaraq robotlaşdırır, bu heç də yaxşı görünmür. Oynanılan obrazda mimikalar yoxdursa, onun heç bir mənası qalmır. Mimikamızı itirə bilmərik”.
Xatırlatma: Əməkdar artist Dilarə Əliyeva Dilarə Əliyeva kosmetoloji prosedurlar və xüsusilə botoksun aktrisaların peşə fəaliyyətinə təsiri barədə fikirlər səsləndirib. O, aktrisaların botoksdan istifadə etməsini məqsədəuyğun saymayıb.
Aktrisanın özlərinə görə, aktyorluqda mimika və emosiyanın tamaşaçıya ötürülməsi əsas rol oynadığından, bu cür müdaxilələr ifadə imkanlarını məhdudlaşdıra bilər.
D.Əliyeva qeyd edib ki, düzgün seçilmiş kosmetoloji qulluq prosedurları nəticə etibarilə botoksa ehtiyacı azalda və ya tamamilə aradan qaldıra bilər.
