image-osimhen-e-dev-cagri-manchester-united-a-gel-19701000_6586_ampbackend

Osimhen bu tarixdə qayıdır

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk, Süper Liqanın təxirə salınmış “Göztepe” matçından sonra açıqlama verib.

Buruk, Viktor Osimhenin meydanlara qayıdış tarixi barədə danışaraq, “Şərtlər uyğun olarsa, Osimhen “Gençlerbirliği” matçının heyətində yer ala bilər. Amma bəlkə də “Fənərbaxça” matçında da meydanda ola bilər. Gedişata baxacağıq,” deyib.

Referans Media xəbər verir ki, “Qalatasaray”, “Göztepe” ilə səfər oyununda 3-1 hesabı ilə qələbə qazanıb. Okan Buruk matçı belə şərh edib:
“2-1-dən sonra, rəqibin təzyiqi artdı. Buranın həqiqətən çətin səfər olduğunu gördük. Oyunun müəyyən hissəsində təxminən 10 dəqiqəlik panik yaşadıq və rəqibimizə bəzi imkanlar verdik. Amma ümumi olaraq topa sahiblik bizdə idi. Oyun dəyişiklikləri oyunun gedişatına müsbət təsir etdi. Üçüncü qoldan sonra isə matç bizim üçün rahatlaşdı. Bu qələbə, psixoloji baxımdan da böyük əhəmiyyət kəsb etdi. Puan fərqini açmaq bizim üçün kritik idi.”

Okan Buruk, Kocaelispor matçı ilə bağlı isə əlavə edib: “Önümüzdə həftə sonu oynayacağımız Kocaelispor matçı çox önəmlidir. Kocaeli oyununda baş verənləri unutmamalıyıq. Bu matça ən yaxşı şəkildə hazırlaşacağıq və inanıram ki, azarkeşlərimiz bizi dəstəkləyəcək. Ümid edirəm ki, birlikdə vacib qələbə qazanacağıq.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki