“Qarabağ” “Zirə” ilə, “Kəpəz” “Araz Naxçıvan”la qarşılaşır

  Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. 

Referans.az  xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. 

Tur Qəbələdə başlayacaq. “Kəpəz” burada “Araz-Naxçıvan”ı qəbul edəcək. İlk 3 turdan məğlub ayrılan və turnir cədvəlində sonuncu olan Gəncə təmsilçisinin sensasiyaya imza atacağı inandırıcı görünmür.

Günün növbəti görüşü ötən mövsümü ilk 2 pillədə bitirmiş “Qarabağ” və “Zirə” arasında olacaq. “Azersun Arena”dakı matçda ev sahibləri favorit sayılsalar da, qonaqların xal alması mümkündür.

Misli Premyer Liqası, IV tur

12 sentyabr (cümə)

17:45. “Kəpəz” – “Araz-Naxçıvan”

Baş hakim: Rauf Cabarov

Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Zirə”

Baş hakim: Rəşad Əhmədov

“Azersun Arena”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki