“Mançester Yunayted” “Real Madrid”in futbolçusu Cud Bellinqemi heyətinə qata bilər.
Referans Media Metbuat.az-a istinadən xəbər verir ki, “Mançester Yunayted” transferi reallaşdırmaq üçün 120 milyon avro dəyərində təklif hazırlayır. Məbləğin 150 milyona qədər yüksələ biləcəyi bildirilir.
Qeyd edək ki, Cud Bellinqem 2023-cü ildə “Borissiya Dortmund”dan “Real Madrid”ə transfer olunub.
