Misli Premyer Liqası təmsilçisi "Şamaxı" futbolçusu Kərim Rossi ilə vidalaşıb.
Bu barədə klubun mətbuat xidmətindən bildirilib.
32 yaşlı isveçrəli hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, K.Rossi "Şamaxı"ya 2025-ci ilin yayında cəlb olunmuşdu.
