Superliqada qış transfer pəncərəsinin açılmasına az vaxt qalıb, klublar heyətlərini gücləndirmək üçün danışıqları intensivləşdirib. Transfer gündəmində aparıcı klubların maraq göstərdiyi bir sıra futbolçular yer alır.
“Fənərbaxça”da Salah gündəmdədir
“Fənərbaxça” rəhbərliyi azarkeşlər arasında böyük səs-küy yaradacaq ulduz transfer etməyi planlaşdırır. Bu adların önündə Misir millisinin üzvü Mohamed Salah gəlir. Klubun futbolçunun meneceri ilə bir müddətdir təmasda olduğu və transferin gələn mövsüm üçün nəzərdə tutulduğu bildirilir. Salahın “Liverpul”dan ayrılması dəqiqləşərsə, “Fənərbaxça”nın bütün imkanlarını səfərbər edəcəyi vurğulanır.
Trabzonspor Berkan Kutlunu istəyir
“Qalatasaray”dan ayrılmağa hazırlaşan Berkan Kutluya “Konyaspor”dan sonra “Trabzonspor”un da maraq göstərdiyi iddia olunur. Həmçinin qış fasiləsində komandadan ayrılması gözlənilən Yusuf Demirlə “Eyüpspor”un maraqlandığı qeyd edilir.
Ahmed Kutucu qalacaq
“Qalatasaray” rəhbərliyi Ahmed Kutucunu komandada saxlamaq qərarı verib. Futbolçuya yalnız transfer olunduğu məbləğ — 6 milyon avro həcmində təklif gəldiyi halda ayrılığa icazə veriləcəyi bildirilib.






















