Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirilib.
DÇ-2026-nın pley-off mərhələsinin final oyununda Türkiyə millisi Kosovo ilə qarşılaşmada qələbə qazanaraq mundiala vəsiqə əldə edib.
Referans Media xəbər verir ki, Priştinada keçirilən görüş Türkiyənin minimal hesablı üstünlüyü ilə başa çatıb.
Matçın taleyini 53-cü dəqiqədə vurulan qol həll edib. Komandanın hücumçusu Kerem Aktürkoğlu rəqib qapısına yol taparaq Türkiyəni önə keçirib. Bu qol qarşılaşmada yeganə olub.
Beləliklə, Türkiyə millisi 1:0 hesablı qələbə ilə DÇ-2026-ya vəsiqə qazanaraq uzun illərdən sonra yenidən dünya çempionatında iştirak hüququ əldə edib.
Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:0 hesabı ilə qalib gələrək DÇ-2026-nın final mərhələsinə yüksəlib. Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq.
DÇ-2026, pley-offun finalı31 mart
Kosovo – Türkiyə 0:1Qol: K.Aktürkoğlu, 53.
