Gözəlliyi ilə Türkiyəni heyran edən azərbaycanlı aktrisa Yağmur Şahbazova ilə bağlı maraqlı fakt ortaya çıxıb.
Referans Media Show.az-a istinadla xəbər verir ki, ”Vicdan haqqı” serialından sonra məşhurlaşan Yağmur Şahbazova əməkdar artist, İrəvan Dram Teatrının aktrisası Esmiralda Şahbazovanın qızıdır.
Qeyd edək ki, Y.Şahbazova Türkiyənin reytinqli “Yemin” serialında əsas rollardan birinə çəkilib.
