U-21 millimiz Bolqarıstanla səfər matçında xal qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Referans Media xəbər verir ki, səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb.

Meydan sahiblərinin heyətində Qeorqiy Çorbadjiyski 82-ci dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Qarşılaşma Plovdiv şəhərində baş tutub.

Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla dördüncüdür.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki