Referans Media xəbər verir ki, 36 yaşlı forvard bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Düşünürəm ki, komandanın problemləri mənim kimi kiçik bir insandan qat-qat dərindir”, – deyə “Marsel”in futbolçusu yazıb.
Afrika Millətlər Kubokunun qrup mərhələsində Qabon yığması Kameruna 0:1, Mozambikə 2:3 və Kot-d’İvuara 2:3 hesabı ilə məğlub olub və F qrupunu sonuncu pillədə başa vurub.
Obameyanq Qabon millisində debütünü 2009-cu ilin mart ayında edib. O, yığmanın heyətində keçirdiyi 82 oyunda 39 qol vurub və 10 məhsuldar ötürmə edib.//publika.az























