Yankoviç “Atletik”lə oyunda meydanda OLACAQ? – “Qarabağ”dan AÇIQLAMA

  “Qarabağ”ın zədəli futbolçusu Marko Yankoviç uzun müddətdir ki, zədəlidir.

Çempionlar Liqasında “Benfika” ilə səfər görüşündə zədələnən montoneqrolu futbolçu o vaxtdan bəri heç bir oyuna çıxmayıb.

Bəs hazırda futbolçunun durumu necədir?

Bununla bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq.

Referans.az  bildirir ki,o, Bizim.Media-ya açıqlamasında Yankoviçin artıq komanda ilə birgə məşqlərə qoşulduğunu bildirdi:

“Yankoviç zədəsini demək olar ki, sağaldıb. Futbolçu komanda ilə birgə məşqlərə başlayıb. 

Ancaq hələ lazımı formasını bərpa etməlidir. Onun “Atletik” Bilbao ilə qarşılaşmasında meydana çıxıb-çıxmayacağına gəlincə buna məşqçilər korpusu qərar verəcək.

Əgər həmin vaxta qədər tam hazır olsa, yəqin ki, meydana çıxa bilər. Ancaq yenə də deyirəm hər şey məşqçilərin verdiyi qərardan asılı olacaq”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki