Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviç “Qarabağ”dakı gələcəyi barədə danışıb.
Referans Media xəbər verir ki, “Vijesti.me” portalına açıqlama verən təcrübəli futbolçu bunları deyib:
“Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsinə bir il qalıb. Hazırda “Qarabağ”dayam. Transfer bazarında nəsə baş verə bilər, amma bu məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoldaşlıq oyununda yaxşı oynamağa diqqət yetirəcəm. Sonra istirahət edəcəyəm və bundan sonra necə olacağını görəcəyik”.
30 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir
