Salah ilk gündən tarix yazdı: Osimheni geridə qoyaraq Super Liqanın rekordçusu oldu

"Trabzonspor"un heyətinə qatdığı misirli ulduz Məhəmməd Salah hələ rəsmi oyun keçirmədən Türkiyə Super Liqasının tarixinə düşüb. Təcrübəli futbolçu bazar dəyərinə görə liqada indiyədək çıxış etmiş ən bahalı futbolçu adına sahib olub.

Referans Media xəbər verir ki, Salahın karyerası ərzində çatdığı 150 milyon avroluq bazar dəyəri Türkiyə Super Liqası tarixində rekord göstərici hesab olunur. Bununla da misirli hücumçu 120 milyon avro ilə zirvədə qərarlaşan "Qalatasaray"ın nigeriyalı forvardı Viktor Osimheni geridə qoyub.

Super Liqa tarixinin ən yüksək bazar dəyərinə malik futbolçuları

Transfermarkt-ın siyahısına əsasən, ilk onluq belə formalaşıb:

Məhəmməd Salah – 150 milyon avro
Viktor Osimhen – 120 milyon avro
N'Qolo Kante – 100 milyon avro
Mauro İkardi – 100 milyon avro
Leroy Sane – 100 milyon avro
Dele Alli – 100 milyon avro
Marko Asensio – 90 milyon avro
Arda Gülər – 90 milyon avro
Nikolas Pepe – 75 milyon avro
Miralem Pyaniç – 70 milyon avro

Salah Türkiyəyə gəlir

"Trabzonspor" Məhəmməd Salahla transfer danışıqlarına başlanıldığını rəsmi şəkildə açıqlayıb. Bildirilir ki, misirli ulduzun bu gün İstanbula gəlməsi, daha sonra isə Trabzona yollanaraq klubla rəsmi müqavilə imzalaması gözlənilir.

Salahın transferi təkcə "Trabzonspor" azarkeşləri deyil, bütün Türkiyə futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır. Təcrübəli hücumçunun Super Liqadakı çıxışı artıq indidən mövsümün ən çox müzakirə olunan mövzularından birinə çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki