"Qarabağ" istədiyi ulduza görə Avropa klubundan cavab aldı - SON DƏQİQƏ

Cebrail Makreçkisi "Qarabağ"a satan "Ferentsvaroş" Nabi Keyta ilə bağlı yekun qərarını verib.

Macarıstan nəhəngi qvineyalı ulduzunu "köhlən atlar"a satmaqdan imtina edib.

Premyer Liqamızın gümüş medalçısı 31 yaşlı mərkəz yarımmüdafiəçisi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu elan edib.

Lakin, macarlar onlarla müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə olan afrikalını düşərgədə saxlamağı planlaşdırdıqlarını diqqətə çatdırıb.

Nabi Keyta 2025-ci ilin yayından "Ferentsvaroş"un sıralarındadır.əsas heyətin dəyişilməz isminin transfer qiyməti 1,5 milyon avro olaraq göstərilir.

2012-ci ildən Qvineya yığmasına dəvət alan orta sahə oyunçusu daha çox "Liverpul"dakı çıxışı ilə məşhurdur./Sportinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki